Modern.az

DTX-də Ulu Öndərin yubileyi qeyd olundu - FOTOLAR

DTX-də Ulu Öndərin yubileyi qeyd olundu - FOTOLAR

Aktual

10 May 2023, 20:56

DTX-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub.

 

Modern.az xəbər verir ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb.

 

Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Heydər Əliyevlə birlikdə uzun illər çalışmış veteran əməkdaşların xatirələrindən ibarət “Ulu Öndər silahdaşlarının xatirələrində” adlı kitab təqdim olunub.

 

Tədbir DTX-nin akt zalında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ərsəyə gətirdiyi, Heydər Əliyevin təhlükəsizlik təşkilatındakı fəaliyyətindən bəhs edən “Generalın planı” sənədli filminin təqdimat mərasimi ilə davam etdirilib.

 

Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, filmin yaradıcı heyətinin üzvləri iştirak ediblər.

 

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək Azərbaycan təhlükəsizlik orqanlarında milliləşdirmə prosesinin banisi kimi Heydər Əliyevin doğma vətəninin və xalqının mənafelərinə xidmət edən dövlətçilik strategiyasından, təhlükəsizlik orqanlarında gördüyü mühüm işlərdən ətraflı söhbət açıb.

 

Tədbir “Generalın planı” sənədli filminin nümayişi ilə başa çatıb. 

 










Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü