Bu gün Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının səsvermə zamanı üz-gözündəki göyərməsi diqqətdən yayınmayıb.
Modern.az xəbər verir ki, partiyanın baş katibi hadisə barədə məlumat verib.
Bir müddətdir ictimaiyyət arasına çıxmayan partiya liderinin vəziyyəti barədə bildirilib ki, Bağçalı evində qəza keçirib.
O, digər detalları açıqlamayıb.