Əbədi qürur mənbəyi

Əbədi qürur mənbəyi

Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir.

Tarixi futbol yarışında iştirak edən və topu rəmzi zərbə ilə oyuna daxil edən Prezident İlham Əliyevin cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda çıxışı hərbir tamaşaçı tərəfindən fərəh, sevinc hissi ilə qarşılanıb. Dövlət başçısı dərin iftixarla vurğulayıb ki, Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır.

30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri

separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut

etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır.

Bundan gözəl, mənalı, insanda tükənməz qürur duyğularını yaşadan hansı mesaj ola bilər? Bu sözlər bir daha sübut edir ki, Azərbaycanın Prezidentı, dövlətimiz ölkəmizin idman şöhrətinin artırılmasına necə böyük qayğı göstərir. Prezident bu yarışda iştirakı ilə bir daha göstərib ki, ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır. İdmançılara şərait yaradılmalı və onlardan nəticəni gözləməliyik. Bu iki əsas amil böyük uğurlarımızın əsasını təşkil edir. Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. İndidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. Məsələn, bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq. Dövlət başçısının fikirləri həm də milli vəzifələr baxımından strateji əhəmiyyətli çağırışdır.

Qətiyyətlə söyləmək olar ki, Prezident İlham Əliyev Azərbaycan idmanının hamisidir. İdman siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Elçin Hüseynov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı