"31 MART- AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ" İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB

"31 MART- AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ" İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB

Cəlilabad rayon Veteranlar evində "31 mart- Azərbaycanlıların Soyqırımı Günü" ilə bağlı tədbir keçirilib. Rayon Veteranlar Təşkilatının təşkilatçılığı ilə düzənlənən tədbirdən öncə Soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.
Rayon Veteranlar Təşkilarının sədri Ədalət Salman çıxış edərək uzun illərdən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımdan danışıb, 1918-ci ilin martında daşnak-bolşevik dəstələrinin əhaliyə kütləvi divan tutması barədə məlumat verib. Daha sonra Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla  31 Mart - Azərnaycanlıların Soyqrımı günü elan edildiyini və bu bəşəri  cinayətin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədi ilə ölkəmizin prezidenti İlham Əliyevin  2018-ci ildə Soyqırım gününün 100 illiyi ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayıb.
Tədbirdə ADPU Cəlilabad filialının  tədqiqatçı tarix müəllimi Ələsgər Mirzəzadə, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, rayon Qarabağ qaziləri İctimai birliyinin rəhbəri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü İman Abdulla, şəhid qardaşı Sakit İsayev,  veteran müəllimlər Adil Hüseynov, İsmayıl Məmmədov, Muxtar Əsədov, Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mirsüleyman Eynullayev  və başqaları çıxış edərək mənfur ermənilərin törətdikləri vəhşiliklərdən söz açıblar, 44 günlük Vətən müharibəsində düşmənə ordumuz tərəfindən döyüş meydanında layiqli cavab verilməsindən fəxrlə danışıblar.