Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniyaya yox deyirik!” devizi altında maarifləndirici tədbir keçirilib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində  “Narkomaniyaya yox deyirik!” devizi altında  maarifləndirici tədbir keçirilib

Bu gün  Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində  “Narkomaniyaya yox deyirik!” devizi altında  maarifləndirici tədbir keçirildi.


Tədbirdə mərkəzin müəllim və istehsalat təlimi ustaları,təhsil alan tələbələr,Göytəpə Polis Bölməsinin əməkdaşları iştirak etdi.


Göytəpə şəhər Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Asif İmanov cəmiyyətimizdə bu bəlanın törətdiyi fəsadlardan, narkomanlığa qarşı aparılan mübarizə tədbirləri haqqında  geniş məruzə ilə çıxış etdi.


Tədbirdə çıxış edən mərkəzin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, ehtiyatda olan polkovnik-leytenant  Aqşin Talıbov isə öz çıxışında belə tədbirlərin gənclərimizin tərbiyəsində böyük əhəmiyyəti olduğunu bildirdi.


Sonda Cəlilabad DPTM-nin direktoru  Etibar Sadığov qonaqlarımıza öz dərin minnətdarlığını bildirdi.