Cəlilabadda yollar qardan təmizlənir - FOTO

Cəlilabadda yollar qardan təmizlənir - FOTO

Respublikamızın əksər bölgələrində olduğu kimi, rayonumuza da dünən axşam saatlarından yağan qar hazırda da davam edir. Yollarda hərəkətin təmin olunması məqsədilə rayonun aidiyyəti qurumları yolların qardan təmizlənməsi və qumlanması işlərini həyata keçirir. 

Yollarda qardan təmizləmə işləri gün ərzində davam etdiriləcəkdir.

Qeyd edək ki, mövcud hava şəraiti Seyrangahda sakinlərin marağına səbəb olub. Rayon əhalisi burada qartopu oynayır.